!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Moskva bəyannaməsinin gözlənilən nəticəsi: "Bu, Azərbaycanı daha da gücləndirəcək"

!Reklam – Yazi

“Rəsmi Bakı sazişi imzalamaq müqabilində Kremldən Qarabağ məsələsində nələrsə tələb edəcək”.

Bu sözləri rəsmi Bakının Kremllə “Müttəfiqlik əməkdaşlığı haqqında Moskva Bəyannamə”si imzalamasındakı mövcud maraqlarını dəyərləndirən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin politoloqu Turan Rzayev Yenicag.az-a açıqlamasındadeyib.

Politoloqa görə, Azərbaycan tərəfi Moskva Bəyannaməsi ilə hər zaman olduğu kimi bundan sonra da antirusiya cəbhəsində yer almayacağının zəmanətini verir:

“Azərbaycan bu sənəd ilə hər şeydən öncə Ermənistana böyük zərbə vurmuş oldu. Məsələ ondadır ki, KTMT üzvü olan Ermənistan az qala hər vəchlə başda Rusiya olmaqla, ittifaq ilə Azərbaycanı üz-üzə qoymağa çalışır. Xüsusilə 44 günlük müharibə zamanı biz bunu aydın şəkildə müşahidə etdik. Bəyannamə imzalamaqla faktiki olaraq Ermənistan bu imkandan tamamilə məhrum edildi. Eyni zamanda, Azərbaycanın Rusiya ilə “Müttəfiqlik əməkdaşlığı haqqında Moskva Bəyannamə”sini imzalamaq qarşılığında Kremldən nələrsə gözlədiyi bəllidir. Belə bir nəticəyə gəlmək olar ki, rəsmi Bakı sazişi imzalamaq müqavilində Kremldən Qarabağ məsələsində nələrsə tələb edəcək. Bakının istədiyi yekun sülh sazişinin imzalanmasını sürətləndirə də bilər.

Digər tərəfdən, Türkiyə və Rusiya ilə müttəfiq olmaq, eyni zamanda Avropa İttifaqı ilə ikitərəfli saziş imzalamaq Azərbaycana regionda daha effektiv xarici siyasət yeritmək imkanı verəcək. Rəsmi Bakı, eyni zamanda, regionun iki aparıcı ölkəsi ilə müttəfiq olaraq öz təhlükəsizliyini tam olaraq qarant altına almış olacaq”.

Gülşən Şərif

www.yenicag.az

729
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv