!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Moskva Bəyannaməsinin MƏDƏNİYYƏTİMİZƏ TƏSİRİ: "Poblemlər qurum tərəfindən nəzarətə götürülsə..." - Xalq artisti

!Reklam – Yazi

Fevralın 22-də Moskvada “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” imzalanan bəyannamədə mədəniyyətin inkişafına xidmət edən məsələlər, o cümlədən də konsert-qastrol fəaliyyəti də əksini tapıb.

Xalq artisti Mübariz Tağıyev Yenicag.az-a açıqlamasında bəyannaməni Azərbaycan musiqisinin təbliği istiqamətində mühüm addım kimi dəyərləndirib:

“Əvvəlki qastrol ənənəsi yenidən dirçəldiləcək. Bu, olduqca alqışa laiyqdir. Bu gün musiqi kollektivlərinin Azərbaycandan kənara çıxması üçün böyük məbləğdə pullar lazımdır. Eyni zamanda reklam məsələsi önəmlidir. Müğənnilər var ki, onların bugünkü gündə reklamı yoxdur. Onları ölkə kənarında tanıyan da yoxdur. Bu mənada qastrol səfərləri musiqiçilərimizin ölkədən kənara çıxması, tanınması, musiqimizin təmsil və təbliğ olunmasında mühüm rol oynayacaq. Bu işin tənzimlənməsi üçün xüsusi qurum da yaranacaq, yəqin. Hansı ki, əvvəllər bu işlərlə “Azkonsert” birliyi məşğul olurdu. Dövlətlər arasında müqavilə bağlanırdı. Musiqi kollektivlərinin hara getməsi, biletlərin satışı, hansı konsert salonlarında çıxışı və s. hamısı qabaqcadan müəyyənləşirdi. Yəqin ki, bu ənənə bərpa olunacaq”.

Xalq artisti onu da bildirib ki, qastrol səfərlərinin bərpa olunması, Rusiyanın müxtəlif şəhərlərində konsert proqramları ilə çıxış etməsi sənət adamlarının maddi durumuna da təsirini göstərəcək:

“Əslində, müğənni səhnədə qazanmalıdır. Restoranlarda çıxışı onun dolanışığı üçün sadəcə bir vasitədir. Əgər onlar qastrol səfərlərinə çıxsalar, onların reklam və digər poblemləri hansısa qurum tərəfindən nəzarətə götürülsə, gələn gəlirin də bir hissəsi musiqiçiyə düşər. Çünki müğənni özü-özlüyündə müqavilə bağlaya bilməz”.

Cəvahir

www.yenicag.az

484
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv