!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Moskva görüşündən GÖZLƏNTİLƏR: Bəyanat, yoxsa sənəd imzalanması... - ŞƏRH

!Reklam – Yazi

“Brüssel və Vaşinqtonun istədiyi dəhlizdən pay almaq, Rusiya ilə uzlaşmaqdır”.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın sabah baş tutacaq Moskva görüşü və görüşdən gözlənilən nəticələri dəyərləndirən politoloq Tural Əliyev Yenicag.az-a açıqlamasında deyib.

Tural Əliyev bildirib ki, sabahkı Moskva görüşündə sənəd imzalanması gözlənilmir:

“Sabahkı görüşdə bəyanat səsləndirilə bilər. Bu bəyanatda ümumi danışıqlar prosesinin davam etdirilməsindən söz ediləcək, liderlərin bir araya gəlməsi növbəti mərhələ üçün müsbət addım kimi dəyərləndiriləcək.

Moskvanın çalışdığı kommunikasiyaların açılmasıdır. Moskva daha çox buna fokuslanıb. Moskva çalışır ki, regionda hərəkətlilik başlasın, iqtisadi layihələr həyata keçsin. Digər məsələ, yəni Qarabağı kölgədə qoyaraq proseslərin davam etməsini istəyir. Rusiya masada digər məsələlərdən danışacaq, ancaq əsas kommunikasiyaların açılmasına fokuslanacaq.

Komunikasiya xətlərinin açılması Rusiyanın özünə də, Ermənistana da, Azərbaycana da sərf edir. Azərbaycan çalışır ki, Qarabağda yaşayan ermənilərin inteqrasiyası sürətlənsin, separatçıların sonu çatsın və erməni yaraqlıları ərazidən çıxarılsın. Ancaq bunların qısa zamanda olması gözlənilmir. Moskvada bu barədə irəliləyişin olması inandırıcı deyil. Çünki Rusiya çalışır ki, bu məsələ önəçəkilməsin.

Danışıqlarla bağlı Vaşinqton, Brüssel, Moskva formatı var. Moskva digər iki formata qısqanclıqla yanaşır. Ancaq həm də bilir ki, son nəticə olaraq münaqişə Moskvada həll olacaq. Bu yaxınlarda Paşinyanın dediyi kimi, həm xəritələr Moskvadadır, həm də Rusiya regiona daha yaxındır və təsir rıçakları çoxdur. Rusiyanın iştirakı olmadan hansısa bir irəliləyiş olmayacaq və bunu Vaşinqton da, Brüssel də bilir. Brüssel və Vaşinqtonun istədiyi dəhlizdən pay almaq, Rusiya ilə uzlaşmaqdır. Qərb Qarabağdakı separatçılara təsir edəcək gücdə deyil”.

Səxavət Məmməd

www.yenicag.az

270
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv