!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Moskva görüşündən GÖZLƏNTİLƏR: "Bunların şahidi olacağıq...” - PROQNOZ

!Reklam – Yazi

“Ermənistanla Azərbaycan arasında münasibətlər yaxşılaşmağa doğru getdikcə, Qarabağdakı separatçı qüvvələr və Ermənistan ordusunda Rusiyaya sadiq qüvvələr münaqişənin alovlanmasına təkan verəcək”.

Bunu Moskvada Ermənistan-Azərbaycan rəsmiləri arasında keçirilən görüşün nəticələri haqqında fikirlərini bildirən politoloq Turan Rzayev Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Moskvada Azərbaycan və Ermənistan rəsmiləri arasında sülhə nail olmaq üçün keçirilən görüş prinsip etibarilə Vaşinqton və Brüssel toplantılarının davamıdır:

“Çoxdan gözlənən bu görüşün nəticəsi də əslində, çoxdan bəlli idi. Moskvada Vaşinqton və Brüssel görüşlərində əldə olunan razılıqlar yenidən müzakirə mövzusu olacaq. Bununla Rusiya ABŞ və Avropaya proseslərdə özünün də iştirakının vacib olduğunu, onlardan geri qalmadığını göstərəcək. Vaşinqton və Brüsseldə əldə olunan razılıqlar Moskvada təsdiqlənərək, icrasına başlanacaq.
Vaşinqton və Brüssel danışıqlarda vasitəçi olsa da, münaqişənin kökü Rusiyaya dayanır. Münaqişə ocağını Rusiya yaratdığı üçün məsələnin incə detalları yalnız Moskvada müzakirə olunmalıdır. İndiki məqamda Moskva Vaşinqton və Brüsselin proseslərdəki aktivliyini nəzərə alaraq özünü maksimum dərəcədə fəal göstərməyə çalışır. Bununla da Azərbaycan və Ermənistana nəzarət imkanlarının itirilməsinin qarşısını kəsmək istəyir.

Əgər son görüş Moskvada keçirilməsə və Rusiya oyundan kənarda saxlansa idi, sülh müqaviləsi qısa müddətdə imzalanardı. Rusiyanın hazırkı hədəfi münaqişəli tərəflər arasında sülh razılaşmasına bənzər model yaradaraq gələcəkdə lazım olan zaman yenidən iki ölkəni üz-üzə qoya bilməkdir. Ən yaxşı halda isə prosesləri 1988-ci ildə olan vaxtlara qaytarmaq istəyir.

Qeyd etdiyim kimi, Vaşinqton və Brüsseldə əldə olunan razılıqları Moskva təsdiq edəcək. Bununla da balans yaratmağa çalışacaq. Daha sonra isə razılıqların icrası yönündə addımlara başlanılacaq. İcrası olacaqmı? Bunu zaman göstərəcək. Lakin bu razılaşmadan sonra Moskvanın münaqişəni alovlandırmaq istiqamətində fəaliyyəti davam edəcək.

Hazırda Qarabağda fəaliyyət göstərən rus kontingentinin separatçılara silah yardımı etməsi təsdüfi hal deyil. Bu Moskvanın nəyəsə hazırlıq gördüyünün işarəsidir.

Ermənistanla Azərbaycan arasında münasibətlər yaxşılaşmağa doğru getdikcə, Qarabağdakı separatçı qüvvələr və Ermənistan ordusunda Rusiyaya sadiq qüvvələr münaqişənin alovlanmasına təkan verəcək. Moskva görüşündən sonra sadaladıqlarımın şahidi ola bilərik”.

Nəsimi Ələsgərli

www.yenicag.az

397
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv