!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Moskva görüşünün NƏTİCƏLƏRİ: "Rusiya bir daha mesaj verdi ki..." - POLİTOLOQ

!Reklam – Yazi

“Lavrovun sözündən belə başa düşüldü ki, Qafqazda gedən bütün proseslər yalnız onların iştirakı ilə baş tuta bilər”.

Bu sözləri Moskva görüşü və onun nəticələrini şərh edən politoloq Tural Əliyev Yenicag.az-a açıqlamasında deyib.

Tural Əliyev bildirib ki, Moskva onlarsız heç bir sülhə imkan vermək niyyətində deyil:

“Moskvada keçirilən görüşlərin bir məntiqi var: bütün dünyaya göstərsinlər ki, Qafqazda baş verən hər hansısa bir dəyişiklik Rusiyanın nəzarəti altında olmalıdır və onlardan kənarda istənilən proses iflasa uğrayacaq.

Rusiyanın xarici işlər naziri dünənki görüşlə bağlı yeni bir şey demədi. Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanımaqla yanaşı, paralel olaraq Qarabağda yaşayan ermənilərin təhlükəslziyi və hüquqlarının qorunmasını deyir. Ərazi bütövlüyü baxımından müsbət bir addımdır.

Azərbaycan iki dəfə Qarabağda yaşayan ermənilərə təklif edib ki, Bakıda görüş keçirilsin. Ancaq separatçılar Bakıya gəlməkdən imtina etdilər. Rusiya sülhməramlılarının iştirakı ilə Xocalıda bir dəfə görüş baş tutub. Ancaq Rusiya Bakıda keçiriləcək görüşlərə müsbət yanaşmır.

Rusiya istəyir ki, bütün görüşlər yalnız onun iştirakı ilə baş versin. Rusiya özünü bu prosesdən kənarda görmək istəmir. Bu baxımdan görüşdə verilən mesajlardan biri də o idi ki, proseslər həm 2020-ci il 10 noyabr bəyanatı, həm də bundan əvvəl keçirilmiş Moskva və Soçi görüşləri zamanı imzalanmış bəyanatlara uyğun aparılacaq.

Lavrovun sözündən belə başa düşüldü ki, Qafqzda gedən bütün proseslər yalnız onların iştirakı ilə baş tuta bilər.

Görüşdə həm də o vurğulandı ki, əgər hansısa sülh müqaviləsi imzalanacaqsa, o da yalnız Rusiya prezidentinin və Azərbaycan-Ermənistan liderlərinin görüşü əsasında imzalana bilər.

Bununla da Qərbə mesaj verilir ki, Rusiyanın iştirakı olmadan heç bir sülh müqaviləsindən söhbət belə gedə bilməz”.

Səxavət Məmməd

www.yenicag.az

425
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv