!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Moskva ilə İrəvanın münasibətləri kəskinləşir: “Rusiya İrəvandan qisas alacaq” – SƏBƏB

!Reklam – Yazi

“Rusiya Ermənistandan qisas alacaq”.

Bu fikri Yenicag.az-a açıqlamasında Ermənistan nümayəndə heyətinin Buça (Ukrayna) səfəri, Rusiyanın Ermənistanı qeyri-dost ölkə elan etməsini dəyərləndirən politoloq Qabil Hüseynli səsləndirib.

Qabil Hüseynli bildirib ki, müharibə bitəndən sonra Rusiya Buçaya görə cavab verəcək.

“Ermənistan Rusiyanın ən yaralı yerinə toxunub. Buça qətliamı dünyada yalnız Holokosla müqayisə edilir. Ukrayna bu qətliamı müharibənin ən qanlı səhifəsi, müharibə cinayəti kimi beynəlxalq təşkilatlar qarşısında qaldırıb. Müharibənin sonunda Buça soyqırımı Ukraynaya qarşı müharibə cinayətlərinin başında duracaq”, – deyə o qeyd edib.

Politoloqun sözlərinə görə, erməni nümayəndə heyəti həmin şəhərə getməklə Buça qətliamını daha bir dövlətin təstiqi kimi göstərdilər:

“Rusiya buna qarşı çıxır. Hesab edirəm ki, Rusiyanın heç kimi qınamaq kimi haqqı yoxdur. Bu hadisədən sonra Rusiya ilə Ermənistanın münasibətləri daha da kəskinləşəcək. Rusiyanın Ermənistandan qısas alacağı da gözləniləndir. Rusiya Paşinyan hökumətini cəzalandırmaq üçün qüvvələrini səfərbər edəcək”.

Səxavət Məmməd

www.yenicag.az

304
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv