!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Moskva ilə Tehran arasında GƏRGİNLİK: "Rusiya səhv edib və üzr istəməlidir"

!Reklam – Yazi

“Rusiya strateji səhvə və adaların işlərinə lazımsız müdaxiləyə görə İrandan üzr istəməlidir”.

Yenicag.az xəbər verir ki, bu barədə Sepah Pasdaran İran Milli Təhlükəsizlik Komissiyasına istinadla məlumat yayıb.

İran Milli Təhlükəsizlik Komissiyasının nümayəndəsi Şəhriyar Heydəri deyib:

“BƏƏ bu məsələ barədə Əməkdaşlıq Şurasında çox danışır və Şuranı üç ada ilə bağlı bənd əlavə etməyə məcbur edir. Lakin bu, faydasızdır və bu məsələnin nə beynəlxalq, nə də hüquqi statusu var”.

İranlı siyasətçi əlavə edib:

“Bunu bəzən Körfəz Əməkdaşlıq Şurası və lazımsız yerə müdaxilə edən bəzi transregional ölkələr təklif edirlər. Rusiya strateji səhvə yol verib, o, İran rejimi və xalqından üzr istəməlidir”.

Daha əvvəl xəbər verdiyimiz kimi, Rusiya səfiri Aleksey Dedov İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Rusiyalı diplomat iyulun 10-da Rusiya Federasiyası və Fars Körfəzi Ərəb Dövlətlərinin (KƏM) üç adada – Əbu Musa, Böyük və Kiçik Türbədə əməkdaşlığı üzrə Əməkdaşlıq Şurasının xarici işlər nazirləri arasında keçirilən danışıqların altıncı raundu çərçivəsində qəbul edilmiş yekun bəyannamənin məzmunu ilə əlaqədar İran Xarici İşlər Nazirliyinə dəvət olunub.

Məsimə 

www.yenicag.az

1203
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv