!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Moskva” raket kreyseri batıb?

!Reklam – Yazi

Rusiyanın Qara dəniz donanmasına məxsus “Moskva” raket kreyseri batıb.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Moskva kreyserinin təyinat limanına çəkilməsi zamanı sursatların partlaması nəticəsində baş verən yanğındam gövdəyə ziyan dəydiyi üçün gəmi dayanıqlığını itirib. Fırtınalı dəniz şəraitində gəmi batıb”, – deyə Rusiya MN-nin məlumatında bildirilib.

Qeyd edək ki, daha əvvəl Rusiya MN kreyserin ekipajının ərazidəki Qara dəniz donanmasının gəmilərinə təxliyə edildiyini xəbər verib.

***

22:40

Qara dənizin şimalında yerləşmiş Rusiyanın “Moskva” kreyseri Ukrayna sahilindən cənub istiqamətində uzaqlaşıb.

Yenicag.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Qeyd edək ki, ötən gün “Moskva” kreyseri Ukrayna ordusu tərəfindən vurulmuşdu.

Hadisə nəticəsində kreyserdə yanğın baş vermişdi.

www.yenicag.az

809
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv