!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Moskva” vuruldu - Ukraynadan Rusiyaya AĞIR ZƏRBƏ - YENİLƏNDİ

!Reklam – Yazi

Rusiya Müdafiə Nazirliyi “Moskva” raket kreyserindəki partlayışla bağlı məlumat yayıb.

Məlumatda partlayışın baş vermiş yanğından qaynaqlandığı bildirilib.  Qeyd olunub ki, yanğın nəticəsində döyüş sursatları partlayıb, gəmiyə ciddi ziyan dəyib.

O da bildirilib ki, ekipaj tamamilə təxliyə edilib, yanğının baş vermə səbəbləri araşdırılır.

Qeyd edək ki, nazirliyin açıqlamasında Ukrayna tərəfinin “Moskva”nı gəmi əleyhinə raketlərlə vurduğu məlumatına münasibət bildirilməyib.

*

Ukrayna ordusu Rusiya donanmasının “Moskva” gəmisini “Neptun” gəmi əleyhinə raketlərlə vurub.

Yenicag.az xəbər verir ki, bu barədə Odessa qubernatoru Maksim Marçenko məlumat verib.

Qubernator bildirib ki, Qara dənizi qoruyan Neptun raketləri Rusiya gəmisinə çox ciddi ziyan vurub.

Ukrayna Prezidentinin köməkçisi Aleksey Arestoviç qeyd edib ki, 510 əsgərin olduğu gəmidə fırtına səbəbindən yanğınsöndürmə işləri çətinləşib.

“Vurulan gəmi İlan adasında Ukrayna əsgərlərinin təslim olmasını tələb edən gəmi olub”, – deyə vurğulayıb.

www.yenicag.az

13816
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv