Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Moskvada basqın: Azərbaycanlı avtoritetlər tutuldu

max22faultRusiyada azərbaycanlıların kriminal “sxodkası”nın qarşısı alınıb.

Yekaterinburqda kafedə əməliyyat keçirən Rusiya Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları 200 “qanuni oğru”nu saxlayıb.

Saxlanılanların çoxu azərbaycanlılardır. “Sxodka”nın təşkilatçısı isə Ağayar adlı Azərbaycan vətəndaşıdır. Qeyd olunub ki, toplantı Azərbaycan diasporunun maliyyə axınlarına nəzarəti ələ keçirmək istəyən Ağayar adlı avtoritetlərdən birinin doğum günü adı altında keçirilib. “Sxodkaya” Pervouralskidən Əli, Kamışlovdan Vaqif, Cavanşir və Permdən olan “qanuni oğru”lar gəlib.

Xüsusi əməliyyatın həyata keçirildiyi kafeyə baxış zamanı əməliyyatçılar böyük miqdarda kontrafakt spirtli içki, silah və narkotik vasitəyə bənzər maddələr aşkar edərək müsadirə ediblər.

Hadisə yerinə Azərbaycan konsulluğunun əməkdaşları gəlib. Onlar bildirib ki, saxlanılan bütün şəxslərin əl izləri götürülüb.

 

www.yenicag.az

315