!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Moskvada Bayramovla Mirzoyan arasında görüş keçirildi - YENİLƏNDİ 2

!Reklam – Yazi

Mayın 19-da Rusiya xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar aparılıb.

Bu barədə Yenicag.az-a Azərbaycan XİN-dən məlumat verilib.

Bildirilib ki, Ceyhun Bayramov və Ararat Mirzoyan Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli bəyanatlarının icrası ilə bağlı mövqelərini təqdim ediblər.

Tərəflər “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” saziş layihəsi üzərində işi davam etdiriblər. Tərəflər arasında hələ də fikir ayrılıqlarının mövcud olduğu mövzular ətrafında konstruktiv fikir mübadiləsi aparılıb.

Nazirlər Azərbaycan və Ermənistan arasında danışıqların təşkilinə görə Rusiya tərəfinə minnətdarlıqlarını bildiriblər. Tərəflər müzakirələri davam etdirmək barədə razılığa gəliblər.

Nazirlər həmçinin Rusiyanın xarici işlər naziri Sergey Lavrovla da ayrıca görüşlər keçiriblər.

***17:52

Moskvada Ermənistan və Azərbaycan xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov arasında görüş başa çatıb.

***

Moskvada Azərbaycan və Ermənistanın XİN rəhbərləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında ikitərəfli görüş keçirilir.

Yenicag.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın XİN rəhbəri Sergey Lavrov həmkarları ilə üçtərəfli görüşün yekunlarına dair danışarkən açıqlayıb.

Onun sözlərinə görə, ümumilikdə Rusiyanın vəzifəsi ikitərəfli görüşün keçirilməsi üçün platformanın təqdim edilməsindən ibarətdir.

www.yenicag.az

386
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv