!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Moskvada binanın damına raket sistemi yerləşdirildi

!Reklam – Yazi

Moskvanın mərkəzindəki Teterinski ərazisində binanın damına “Pancir-S1” tipli zenit sistemi yerləşdirilib.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, raket sistemi Ukrayna PUA-larının mümkün hücumlarını dayandırmaq üçün əraziyə gətirilib.

Bundan əvvəl S-400 sistemlərinin Rusiya paytaxtının bir sıra regionlarında, o cümlədən “Sokolniki” və “Losin Ostrov” ictimai parklarında yerləşdirilməsi barədə məlumat verilmişdi.

Qeyri-rəsmi məlumatlara görə, belə sistemlərdən biri də Rusiya Müdafiə Nazirliyinin binasının damında quraşdırılıb

www.yenicag.az

126
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv