!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Moskvada erməni general SAXLANILDI - FOTO

!Reklam – Yazi

Moskvada erməni general saxlanılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya teleqram kanalları məlumat yayıb. Bildirilir ki, Ermənistanın Məcburi İcra Xidmətinin keçmiş rəisi, general-mayor Miqran Poqosyan Moskvada saxlanılıb. O, Ermənistanda 9 cinayət maddəsi ilə cinayət törətdiyinə görə axtarışdadır.

Məlumata görə, məmur dünən günorta saatlarında Tverskaya küçəsində yol polisi tərəfindən saxlanılıb. Onun yanında qaçqın vəsiqəsi olub.

Artıq onun saxlanılması barədə Ermənistan polisinin mərkəzi idarəsinə məlumat verilib və yaxın vaxtlarda Rusiydan ekstradisiya ediləcəyi bildirilir.

Qeyd edək ki, Rusiya tərəfi əvvəllər Poqosyanın Ermənistana göndərilməsi tələbindən imtina edib.

Rusiyada Miqran məhsulların topdan satışı, yük daşımaları, avtomobil icarəsi və lizinqlə məşğul olurdu.

Poqosyan həm də Ermənistanda qanunsuz biznes nəticəsində 1,3 milyon dollar vergidən yayınmaqda ittiham olunur.

Xatırladaq ki, mayın 17-də isə Ekvador meyvələrini idxal edən şirkət tərəfindən Ermənistana gətirilən 250 milyon avro dəyərində bir ton kokain ələ keçirilib. Qadağa Poqosyana məxsus banan tədarükü şirkəti üçün nəzərdə tutulub.

Xuraman Etibarlı

www.yenicag.az

199
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv