!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Moskvada görüşlər və danışıqlar aparmaq imkanını yüksək qiymətləndiririk” - XİN

!Reklam – Yazi

“Moskvaya budəfəki səfər zamanı regionda postmünaqişə vəziyyəti və Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin müzakirəsi planlaşdırılır”.

Yenicag.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya paytaxtında rusiyalı həmkarı Sergey Lavrovla görüşündə deyib.

“Görüşün bu formatı ötən ilin sonunda nəzərdə tutulurdu, lakin hazırkı görüşün iştirakçılarından asılı olmayan şəraitə görə o zaman baş tutmadı”, – deyə nazir qeyd edib.

Ceyhun Bayramov S.Lavrova təşəkkürünü bildirib, ikitərəfli və üçtərəfli formatda görüşləri, Ermənistan-Azərbaycan arasında postmünaqişə nizamlanması ilə bağlı bir sıra məsələlərin müzakirəsini, həmçinin Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin müzakirə imkanını yüksək qiymətləndirib.

Onun sözlərinə görə, baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycanın 80 nəfərə yaxın böyük nümayəndə heyəti hazırda Kazanda keçirilən “XIV Rusiya-İslam Dünyası: KazanForum” tədbirindədir.

“Eyni zamanda, baş nazirin müavinlərinin iclası keçirilir. Şahin Mustafayevin bir neçə həmkarı ilə genişspektrli məsələlərlə bağlı görüşü nəzərdə tutulub”, – deyə o bildirib.

C.Bayramov Rusiyada Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirəsinə göstərilən diqqətə görə də rusiyalı həmkarına təşəkkür edib.

“Rusiya Federasiyasının bütün dövlət strukturlarının, ictimai təşkilatlarının və sadə vətəndaşlarının Azərbaycanın ümummilli liderinin xatirəsinə həsr olunmuş tədbirlərə diqqət yetirməsi bizim üçün heç də təəccüblü deyil. Onun siması həmişə ölkələrimiz və xalqlarımız arasında olan, xalqımızı birləşdirən dostluq və birliyi təcəssüm etdirirdi”, – deyə Bayramov bildirib.

www.yenicag.az

202
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv