!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Moskva vilayətində güclü partlayış: Yaralıların sayı 45-ə çatdı - YENİLƏNDİ + VİDEO

!Reklam – Yazi

Moskva vilayətinin Sergiyev Posad şəhərində pirotexniki vasitələrin saxlandığı anbarda baş verən partlayış nəticəsində xəsarət alanların sayı 45 nəfərə çatıb.

Yenicag.az xəbər verir ki, bu barədə vilayət qubernatoru Andrey Vorobyov məlumat verib.

Onun sözlərinə görə, yaralılar xəstəxanaya çatdırılıblar və onlara lazımi köməklik göstərilir.

A.Vorobyov əlavə edib ki, Zaqorsk optik-mexanika zavodunun bütün binalarından və sexlərindən insanlar təxliyə ediliblər. Bundan əlavə, yaxınlıqdakı uşaq bağçası da boşaldılıb.

O qeyd edib ki, zavodun ərazisində partlayış pirotexniki vasitələrin yerləşdiyi anbarda baş verib. Anbar özəl şirkət tərəfindən icarəyə götürülüb.

A.Vorobyovun sözlərinə görə, “Luç” idman kompleksi də qismən zədələnib, Osipenko və Karl Libknext küçələrindəki yaşayış binalarının şüşələri sınıb. Qubernator partlayış nəticəsində mənzilləri zədələnən hər kəsə kömək ediləcəyinə söz verib.

***

12:52

Rusiya paytaxtı Moskva yaxınlığındakı Sergiyev Posadda yerləşən optik-mexaniki zavodda partlayış baş verib.

Yenicag.az gazeta.ru-ya istinadən xəbər verir ki, partlayışdan sonra zavodda tam təxliyə elan edilib, təhlükəsizlik qüvvələri və yerli rəhbərlik hadisə yerinə gəlib.

Hadisəinin səbəbləri araşdırılır.

 

www.yenicag.az

306
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv