!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Moskvada səfərbərliyə etiraz edən 25 nəfər saxlanıldı

!Reklam – Yazi

Moskva polisi səfərbərliyə qarşı Kreml divarları yaxınlığında keçirilən növbəti etiraz aksiyası zamanı media işçiləri də daxil olmaqla 25-dən çox adamı saxlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Bildirilir ki,  bir sıra müxalifət nümayəndələri səfərbərliyə etiraz çağırışlarına qoşulub. Bir gün əvvəl “The Way Home” Telegram kanalı səfərbər olan əsgərlərin yaxınlarını və “bütün əlaqədar vətəndaşları” Kreml meydançasına gəlməyə çağırıb. Aksiya iştirakçıları Rusiyada səfərbərliyin başlanmasının 500-cü günündə naməlum əsgərin məzarına gül dəstələri qoymaq üçün İsgəndər bağına toplaşıblar. Daha sonra isə etirazlarını bildiriblər.  Əraziyə çox sayda polis cəlb olunub.  Müqavimət göstərən aksiya iştirakçıları saxlanılıb.

www.yenicag.az

164
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv