!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Moskvada sinaqoqa silahlı hücuma hazırlaşan İŞİD üzvləri ZƏRƏRSİZLƏŞDİRİLDİ - VİDEO

!Reklam – Yazi

FTX Moskvada sinaqoq ziyarətçilərinə silahlı hücumun qarşısını alıb.

Yenicag.az xəbər verir ki, bu barədə kəşfiyyat xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

Bildirilir ki, Rusiya Federal Təhlükəsizlik Xidməti Kaluqa vilayətində İŞİD qruplaşmasının üzvlərini zərərsizləşdirib.

“Kaluqa vilayətinin ərazisində İŞİD beynəlxalq terror təşkilatının Əfqanıstandakı “Vilayət Xorasan”qrupunun üzvləri Moskvada yəhudi dini qurumlarından birinə qarşı terror aktı törətməyi planlaşdırıb. Dəstənin fəaliyyətinin qarşısı alınıb”, – mətbuat xidməti açıqlayıb.

Həbs zamanı terrorçular silahlı müqavimət göstərib və cavab atəşi ilə məhv ediliblər.

Şübhəlilərin Kaluqa vilayətində yaşayış yerlərində aparılan axtarışlar zamanı odlu silahlar, döyüş sursatı və PUA hazırlamaq üçün komponentlər aşkar edilib.

Bu fakta əsasən, cinayət işi açılıb.

Patruşev Şimali Qafqazda 16 terror aktının qarşısının alınması barədə məlumat verib.

Xatırladaq ki, bu gün səhər saatlarında terror aktı hazırlayan Belarus vətəndaşı Kareliyada zərərsizləşdirilib.

Xuraman Etibarlı

www.yenicag.az

137
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv