!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Moskvada üçtərəfli sülh danışıqları keçiriləcək - Putindən mühüm bəyanat

!Reklam – Yazi

Moskva Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına kömək etməyə hazırdır və danışıqlar üçün öz platformasını təmin edə bilər.

Yenicag.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

“Gündəmdə bu uzun müddətdir davam edən Ermənistan-Azərbaycan münaqişəsinə son qoymaq üçün sülh müqaviləsinin hazırlanması məsələsi var. Rusiya tərəfi, əlbəttə, bu işdə tərəfdaşlarımıza hər cür kömək göstərməyə hazırdır. Xüsusilə, danışıqların Moskvada təşkili ilə bağlı razılığa gəldik”, – deyə V. Putin bu gün Bişkekdə MDB Dövlət Başçıları Şurasının iclasında vurğulayıb.

Dövlət başçısı qeyd edib ki, istənilən formatda danışıqlar aparıla bilər:

“Lazım gələrsə, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri və ekspertləri formatında başlamaq olar və əlbəttə, biz bu danışıqların bu ölkələrin liderləri tərəfindən imzalanacaq sülh sazişi ilə yekunlaşmasına kömək edəcəyik”.

Putin qeyd edib: “Seçim həmişə müvafiq ölkədən asılıdır, bu iş üçün lazımi şərait yaratmağa hazırıq”.

Rusiya Federasiyasının prezidenti onu da bildirib ki, bir gün əvvəl Azərbaycan prezidenti İlham Əliyevlə keçirilən görüşdə Qarabağ nizamlanması və ümumən Ermənistan-Azərbaycan münaqişəsi məsələləri müzakirə olunub:

“Bildiyiniz kimi, son 3 ildə Rusiya tərəfi hərbi əməliyyatların dayandırılması və eskalasiyanın qarşısının alınması üçün əhəmiyyətli səylər göstərib. Bizim yardımımızla müvafiq üçtərəfli sənəd hazırlanıb. Bütün bu müddət ərzində üçtərəfli formatda – Rusiya, Azərbaycan, Ermənistan – iki paytaxt – Bakı və İrəvan arasında münasibətləri normallaşdırmaq üçün ciddi iş aparılıb”.

Eyni zamanda, dövlət başçısı vurğulayıb ki, Rusiya sülhməramlıları “əllərində olan səlahiyyətlər çərçivəsində Qarabağda öz missiyalarını vicdanla yerinə yetiriblər”.

www.yenicag.az

179
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv