!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Moskvanın dünyaya meydan oxumasına susan Qərb: "Bu onların nə qədər dişsiz olduğunu sübut etdi"

!Reklam – Yazi

“Dünyaya ağalıq etmək istəyən ABŞ Rusiyanın öhdəsindən gələ bilmir. Rusiya ola bilsin, Kiyevə hücum etməsin. Ancaq fakt odur ki, rəsmi Moskva istədiklərinə addım-addım nail olur”.

Bu sözləri Ukraynanın Gürcüstanın taleyini yaşamasını şərh edən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında deyib.

Elşad Musayev bildirib ki, bu prosesdə uduzan tərəf Ukraynadır:

“Putin bütün dünyaya qondarma “Donetsk Xalq Respublikası” (DXR) və “Luqansk Xalq Respublikası”nın (LXR) müstəqilliklərini tanımasını nümayiş etdirdi. Bundan sonra genişmiqyaslı müharibənin olub-olmayacağını demək çətin məsələdir. Ancaq hibrid müharibənin uzun zamandır getdiyini açıq şəkildə görürük. Putin xeyli vaxtdır ki, Qərb liderlərini dişinə vururdu. Onların nə qədər dişsiz olduğunu sübut etdi. Əgər Qərbdən, ABŞ-dən hansısa təzyiq gəlsə idi, Rusiya bunları edə bilməzdi. Aydın görünür ki, Əfqanıstanda uduzandan sonra ABŞ prezidenti hələ də özünə gələ bilməyib. Çevikliyi yoxdur, populist bəyanatlar verir. Görünür, Bayden tutduğu vəzifəyə adekvat deyil. Dünyaya ağalıq etmək istəyən ABŞ Rusiyanın öhdəsindən gələ bilmir. Rusiya ola bilsin, Kiyevə hücum etməsin, ancaq fakt odur ki, rəsmi Moskva istədiklərinə addım-addım nail olur. Krımı işğal etdi, Qara dənizə çıxış əldə etdi, Luqansk və Donetski tərkibinə qatdı. Ukrayna hər ay 3 milyard dollar zərər edir. Rusiya bu prosesdə uddu. Hansı ölkə Rusiyaya sanksiya tətbiq etdi? Heç Krım işğal olunanda belə heç bir ölkə Rusiyaya qarşı sanksiya tətbiq etmədi. Belə olan halda, Avropanın özü təhlükə altına düşür. Avropa liderləri də populist çıxışlar edilər, baş verənlərə hazırlaşmayıblar”.

Partiya sədrinin sözlərinə görə, Putin açıq şəkildə şərtlərini diqtə edir:

“Bunun birinci səbəbi odur ki, bu gərginliyə, müharibəyə Qərb dövlətləri hazırlaşmadı. Almaniyanın təbii qaz ehtiyacının 55, neft ehtiyacının isə 40 faizi Rusiyanın payına düşür. Bütövlükdə Avropanın təbii qaza olan ehtiyacının 40 faizini Rusiya ödəyir. Putin bunları bildiyi üçün oyun qurur və təhdidkar davranır. Rusiyanın daxilində kifayət qədər ciddi problemləri var, ancaq diqqəti ondan yayındırmaq üçün işğalçılıq siyasətindən əl çəkmirlər. ABŞ-nin hərbi büdcəsi Rusiyanın dövlət büdcəsindən 3 dəfə çoxdur. Bütün bunlara baxmayaraq, görünən odur ki, Putin gərginliyə, müharibəyə hazırlaşıb, Qərb isə hazırlıqsızdır”.

Səxavət Məmməd

www.yenicag.az

719
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv