!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Moskvanın Ermənistanla bağlı planı: "Rusiyanın strateji maraqlarının əleyhinə gedən dövlətlər..."

!Reklam – Yazi

“Rusiya bölgəni qatıb-qarışdıra bilər. Bu cür addım təkcə Ermənistanla da başa çatmaz”.

Bu sözləri Rusiyanın Ermənistanı ilhaq etmək istəyi və Ruben Vardanyan üzərindən qurulan planları dəyərləndirən sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Qabil Hüseynli bildirib ki, Rusiya Ermənistanı Qərbə meyil etdiyi üçün cəzasız buraxmayacaq:

“Ruben Vardanyanın təkrar qayıdışının Qarabağla bağlı deyil, Ermənistandakı indiki və gələcək proseslərlə bağlı olduğu haqqında fikirlər mətbuata sızdırılır. Belə fikirlər söylənilir ki, Ruben Vardanyanın əsas hədəfi Ermənistanda hakimiyyətə gəlməkdir. Rusiyanın Ermənistanda hərbi çevriliş edəcəyi də iddialar arasındadır. Bunu necə təşkil edəcəklər, bu nə dərəcədə beynəlxalq hüquqa uyğundur?

Ermənistan Baş nazirinin bölgəyə mülki müşahidəçilər dəvət etməsi Rusiyanı həddindən artıq hiddətləndirib. İddia olunur ki, bu addım Rusiyanın Cənubi Qafqazdan çıxarılma xarekteri daşıyır. Gələcəkdə mülki müşahidəçilər hərbi müşahidəçilərə də çevrilə bilər.

Azərbaycan Milli Məclisinin sədri Rusiya Dumasının sədri ilə görüşərkən Volodin heç bir sərhəd, beynəlxalq nəzakət formalarını gözləmədən Ermənistanın ünvanına çox ciddi ittihamlar səsləndirdi. O bildirdi ki, Rusiyanın strateji maraqlarının əleyhinə gedən dövlətlər və insanlar həm hakimiyyətini, həm də dövlətçiliyini itirə bilərlər. Ortada ciddi bir şeyin olduğu görünür, ancaq bunun bütün koordinatları görünmür”.

Səxavət Məmməd

www.yenicag.az

565
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv