!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Moskvanın fiaskoya uğrayan Ukrayna hücumu: "Rusiya bu müharibədə məğlub olsa..."

!Reklam – Yazi

Rusiyanın Ukraynanı işğalı prosesi artıq 2 həftəsini tamamlayır və bu müddət ərzində, demək olar ki, Rusiya hər hansı ciddi uğur əldə edə bilməyib.

Mövzu ilə bağlı Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov Yenicag.az-a açıqlamasında bildirib ki, Rusiyanın qısa müddətdə belə ciddi itkilər verməsi işğalçı müharibə siyasətinin artıq fiaskoya uğramağa doğru getdiyini göstərir:

“Kreml adminstrasiyası Ukrayna ilə daha tez danışıqların başlaması üçün cəhdlər edir. Artıq Belarusda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında üç görüş baş tutub və demək olar ki, bu görüşlərdə ciddi uğur əldə edilməyib. Bu gün isə Türkiyənin Antaliya şəhərində başlayan Diplomatiya forumu çərçivəsində Türkiyə XİN başçısı Mövlud Çavuşoğlunun da iştirakı ilə Rusiya XİN başçısı Sergey Lavrov və Ukrayna XİN başçısı Dimitri Kuleba arasında görüş keçrilib. Kreml tərəfi bu görüşdə ciddi irəliləyişlər gözləsə də, Ukrayna tərəfi burada ciddi uğur gözləmir. Hələlik görüşlə bağlı hansısa açıqlama verilməyib.

Məsələ burasındadır ki, tərəflər arasında atəşkəs mümkün olmadıqca və hansısa kompromis əldə edilmədikcə danışıqların uğur gətirəcəyi inandırıcı görünmür.

Əgər Rusiya bu müharibədə qalib olarsa, bu ən yaxşı halda mövcud hakimiyyətin ömrünü nisbətən uzada və həmçinin mərkəzdənqaçma meyillərini azalda bilər.

Qərbin sanksiyaları, ölkənin müdafiə gücü, Rusiyanın xaricə silah satışı uzun müddət mümkünsüz hala gələ bilər. Rusiya bu müharibədə məğlub olarsa, təsir gücünün olduğu regionlarda ciddi dəyişikliklərin baş verəcəyi qənaətinə gəlmək mümkündür. Mərkəzi Asiya, Qafqazlar, Yaxın Şərq, Afrika və Balkanlar əsas dəyişimi gözləyən bölgələr sırasındadır. Cənubi Qafqazda isə ən real dəyişiklik gözləyən məhz Qarabağ regionudur. Yəni rus “sülhməramlıları”nın Azərbaycanın Qarabağ bölgəsindən çıxması məsələsi daha çox gündəmə gələ bilər ki, bu da həmin ərazilərin tam şəkildə Azərbaycanın suverenliyi altına keçməsinə ciddi təkan vermiş olacaq”.

Gülşən Şərif

www.yenicag.az

445
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv