!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Moskvanın PLANLARI: "Rusiya Qarabağdan çıxmaq istəmir" - Təhlükəsizlik EKSPERTİ

!Reklam – Yazi

“Rusiya Qarabağda müddətsiz qalmaq istəyir”.

Bu sözləri Qarabağda davam edən mitinqlər, ermənilərin apardığı ənənəvi siyasət və Rusiyanın maraqlarını şərh edən təhlükəsizlik məsələləri üzrə ekspert, keçmiş DTX zabiti, ehtiyatda olan polkovnik İlham İsmayıl Yenicag.az-a açıqlamasında deyib.

İlham İsmayıl bildirib ki, Azərbaycan qanuni əsas göstərmədiyi üçün Rusiya Qarabağda vəziyyəti dramatikləşdirir:

“Qarabağda baş verən proses müharibə qurtarandan davam edir. Rusiya və Ermənistan tutduqları xətti davam etdirir.

Rusiya istəyir ki, 2025-ci ilə qədər yox, müddətsiz olaraq Qarabağda qalsın. Bunun üçün də qanuni əsas göstərmək istəyirlər. Qanuni əsası isə Azərbaycan təqdim etmir. Buna görə də, vəziyyəti dramatikləşdirmək xətti seçiblər.

Separatçı rejim birbaşa Kremil tərəfindən idarə olunur. Bu rejimin Ermənistan rəhbərliyinə heç 10 faiz aidiyyəti yoxdur.

Qarabağda hadisələr Rusiyadan gələn təlimatlar əsasında həyata keçirilir. Zaxarovanın çıxışında olduğu kimi bütün dünyaya göstərmək istəyirlər ki, iki toplum arasında münasibətlər olduqca gərgindir, burada olmasalar, qan su yerinə axar.

Rusiya BMT-dən mandat almaq istəyəcək. BMT də qan axmaması, müharibə olmaması üçün Rusiyanın bölgədə qalmasını istəyə bilər.

Azərbaycan dirəniş göstərə bilər. Bu dirənişi göstərməyə görə 2025-ci ili gözləməyə ehtiyac yoxdur. İndidən başlamaq lazımdır.

Azərbaycan tələb etməlidir ki, əgər 2025-ci ilə qədər burdasınızsa, bütün dövlət strukturlarımızı tədricən yerləşdirməliyik, siz də təhlükəsizliyə cavabdeh olun.

İkinci variant odur ki, yenə yumşaq təzyiq edə bilərik, ekofəallar etdiyi kimi. Keçmiş Dağlıq Qarabağda 56 yaşayış məntəqəmiz var. Oranın əhalisi ermənilər tərəfindən etnik təmizləməyə məruz qalıb.

56 yaşayış məntəqənin əhalisinin nümayəndələri şüarlar qaldırmalıdır ki, evimizə gedirik. Onlar Şuşa-Xankəndi yolunda dayanmalıdırlar.

10 noyabr Üçtərəfli bəyanatına əsasən qaçqınlar geri qayıtmalıdır. Ermənilər desə ki, Hadrut qaçqınları da geri qayıtmalıdır, bəli, qayıtsınlar. Hadruta gəlmək bizim nəzarətimizə düşmək deməkdir.

Azərbaycan 2025-ci il bəhanəsini gözləməməlidir. Ruslar təhlükəsizliyi təmin etməlidir. Bunun üçün də qeyri-qanuni erməni silahlılarını çıxarmalıdır. Çıxara bilmirlərsə, Azərbaycan onları çıxara bilər.

Azərbaycan Qarabağa hədəflənməlidir. Ermənistanla sülh müqaviləsinin imzalanması bu ilin axırına baş tutsa, çox böyük nailiyyətdir. Bu da gözlənilmir”.

Səxavət Məmməd

www.yenicag.az

472
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv