!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Moskvanın Qarabağ PLANI: Erməni icması Bakının görüş təklifinə neyə görə "hə" deyə bilmir? - ŞƏRH

!Reklam – Yazi

“Əgər Qarabağ icması danışıqlardan yayınsa, Azərbaycanın hərbi yoldan başqa variantı qalmır”.

Bu sözləri erməni icmasının Azərbaycanın “Bakıda görüşək” təklifini qəbul etməməsinə münasibət bildirən sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Qabil Hüseynlinin sözlərinə görə, ermənilərə Moskva icazə verməyib:

“Proseslərin başında ruslar dayanıb. Oyun da Moskvadan qurulub. Məqsəd Qarabağda gedəcək nizamlama prosesini əngəlləməkdir. Vəziyyətdən istifadə edib gərginliyi daha da artırmaq istəyirlər.

Vəziyyət elə bir həddə çatıb ki, məsələnin yalnız hərbi yolu qalıb. Rusiya ilə danışmaq və onları razı salmaq lazımdır. Əgər bu baş tutmasa, hərbi yoldan başqa variant qalmır. Hərbi yol isə çox çətindir”.

Səxavət Məmməd

www.yenicag.az

340
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv