!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Moskvanın terror "ÖNCƏGÖRMƏ"Sİ: "Rusiya hazırda qorxu və xof yaratmaqla çalışır ki..."

!Reklam – Yazi

“Amerika bu tip yanaşmalarının nəticəsi olmadığını özü də başa düşür”.

Bu fikirləri MDB ölkələrində ABŞ-nin terror aktları törədəcəyilə bağlı Rusiya kəşfiyyatının məlumatına münasibət bildirən politoloq Turan Rzayev Yenicag.az-a açıqlamasında deyib.

Turan Rzayev bildirib ki, ABŞ-nin Rusiya və MDB ölkələrində terror törətmək cəhdi istiqamətində yayılan iddiaları real hesab etmir:

“Xüsusilə də bu istiqamətdə İŞİD və “Əl-Qaidə” ilə əlaqə qurulması məsələsi bir qədər absurd səslənir. Çünki “Əl-Qaidə” və İŞİD-i elə Amerika özü yaradıb. Sadəcə ABŞ artıq başa düşür ki, radikal qruplaşmalar üzərinə aparılan proksi müharibələrin heç bir effekti yoxdur. Prinsip etibarilə “Əl-Qaidə”ni yaratdı və “Taliban”la məhv etdi. “Taliban” üzərindən bu terror təşkilatının nüfuzunu saldı. Sonra İŞİD-lə də “Taliban”ın nüfuzunu saldı. Düzdür, “Taliban” indi tamam fərqli konteksdədir. Ancaq hər halda, İŞİD-i də sonra özü məğlub etdi. Daha sonra bu istiqamətdə YKP, PYD, PKK-nın mövqeyini daha çox gücləndirdi.

Amerika bu tip yanaşmalarının nəticəsi olmadığını özü də başa düşür. MDB ölkələrinə Azərbaycan, Qazaxıstan və digər ölkələr daxildir. Amma sual yaranır ki, bu ölkələrdə terror aktı törətmək Amerikanın nəyinə lazımdır? Burada söhbət daha çox Belarusdan və Qazaxıstandan gedə bilər. Qazaxıstanın Amerika ilə münasibətləri müəyyən mənada var. Amerikanın belə variant seçəcəyinə inanmıram. Yayılan xəbəri Rusiyanın atdığı addım kimi qiymətləndirə bilərik.

Rusiya hər vəziyyətdə çalışır ki, MDB ölkələrini ətrafına sıx birləşdirsin və Avropa Birliyinə bənzər bir təşkilat da yaratsın. Çünki KTMT və eyni zamanda, Avrasiya təşkilatı faktiki olaraq istənilən nəticəni doğrultmadı. Yəni nə SSRİ-yə bənzər birlik yarada bildi, nə də ki Varşava Paktı kimi bir şey alındı.

Rusiya hazırda qorxu və xof yaratmaqla çalışır ki, həmin ölkələri yenidən öz ətrafına birləşdirsin. “Digər tərəfdəki güclü dövlət sizə qarşıdır, ancaq mən sizi qoruya bilərəm” eyfariyası yaratmağa çalışır. Bu baxımdan, deyə bilərəm ki, iddialar əsassızdır və həmin iddiaların arxasında məhz elə Rusiyanın özü dayanır”.

Nəsimi Ələsgərli

www.yenicag.az

258
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv