!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Moskvaya baş qaldıran İrəvanın hazır CƏLLAD KÖTÜYÜ: "Ermənistanın Rusiyaya meydan oxuması..."

!Reklam – Yazi

“Bu proseslər fonunda Rusiya ilə Ermənistan arasında gərginliyin artması ehtimalı çoxdur”.

Bunu ABŞ-nin növbəti hərbi heyətinin Ermənistana gəlişinin İrəvanla Moskva arasındakı gərgin münasibətlərə təsirindən danışan politoloq Samir Hümbətov Yenicag.az-a açıqlamasında deyib.
O bildirib ki, Rusiya ilə Ermənistan arasında gərginliyin artması ehtimalı çoxdur:

“Ermənistanın ABŞ hərbçilərini ölkəyə dəvət etməsi, yaxud ABŞ-nin Ermənistana gəlməsi özü-özlüyündə Rusiyaya qarşı mesajdır və meydan oxumadır. Yəni loru dildə desək, Ermənistan Rusiyaya: “Sən nə qədər təzyiq etsən də, istədiyimə nail oldum”; ABŞ isə: “Sən nə qədər Ermənistanda olsan da, mən də burada bildiyimi edirəm”, – deyir.

Bu proseslər fonunda Rusiya ilə Ermənistan arasında gərginliyin artması ehtimalı çoxdur. Siyasəti qırağa qoysaq, onlar arasında nə qədər qarışıqlıq olsa, bizim üçün xoşdur. Hətta Rusiya ilə müəyyən qırılmalar da müşahidə edilə bilər. Çünki Ermənistan Rusiyaya ciddi bağlarla möhkəmlənib. Belə olan halda, Ermənistanın tam qopması mümkünsüzdür. Hazırkı proseslər fonunda Ermənistana nə qədər ziyan dəyəcəyini hesablamaq isə hələlik çətin məsələdir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

915
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv