!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Motokuryerlər sürücülük vəsiqəsi və nömrə almağa başladı - VİDEO

!Reklam – Yazi

Motokuryerlərin sürücülük vəsiqəsi və qeydiyyat nişanı alması ilə bağlı qərar qüvvəyə minib. Milli Məclisin qəbul etdiyi qərarda sürət həddi 50 km/saat və daha yuxarı olan nəqliyyat vasitələrinə sürücülük vəsiqəsi və dövlət qeydiyyat nömrəsi almaq tələb olunur.

Yenicag.az xəbər verir ki, sosial şəbəkələrdə yayılmış videoda artıq moto istifadəçilərinin müvafiq sənədi və nömrəni aldığı görünür. Belə ki, nəqliyyat vasitəsinə texniki şəhadətnamə, dövlət qeydiyyat nişanı, sürücüyə isə sürücülük vəsiqəsi təqdim olunub.

Ekspert Elməddin Muradlı Avtosfer.az-a açıqlamasında bildirib ki, qanunvericilikdə mühərrikin işçi gücü 50 kubsantimetr və yüksək olan nəqliyyat vasitələrini idarə edən şəxs “A1” alt kateqoriyası üzrə sürücülük vəsiqəsinə malik olmalıdır.

“Sürücülərin könüllü şəkildə qanunvericiliyin tələblərinə riayət etməsi təqdirəlayiqdir. Bu cür məsuliyyətli sürücülərin olması sevindirici haldır. Ümid edirik ki, qısa zamanda bu məsələ tamamailə həllini tapacaq.”

Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi Elvin Hacıyev Avtosfer.az-a açıqlamasında bildirib ki, yol polisi sürücülərin bu təşəbbüslərini dəstəkləyir. “Digər sürücüləri də qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq sənədləşdirmə işlərini aparmağa dəvət edirik.”

www.yenicag.az

353
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv