!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mövcud problemlər və həlli yollarında medianın rolu: QHT-dan yeni layihə

!Reklam – Yazi

Bugun.tv xəbər verir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə iyulun 1-dən “Korporativ Sosial Məsuliyyət və dövlət qurumları: media və vətəndaş cəmiyyətinin rolu” layihəsinə start verilir.

Bu barədə “Jurnalist Sənətkarlığının İnkişafına Dəstək” İctimai Birliyinin sədri, tanınmış teleaparıcı Günel Gözəlova məlumat verib. “İcra edəcəyimiz layihənin əsas məqsədi sosial fəallıq, həm də sosial problemlərin həlli istiqamətində dövlət qurumlarının öz fəaliyyət istiqamətləri üzrə ata biləcəyi addımlar və etmədiklərini aydınlaşdırmaq, nəticədə vətəndaş və əməkdaş məmnunluğunun aşağı düşməsi, bu istiqamətdə media və vətəndaş cəmiyyətləri ilə birgə layihənin köməkliyi ilə işin qurulmasıdır”.

İctimai Birliyinin sədri Günel Gözəlovanın sözlərinə görə, layihə çərçivəsində media nümayəndələri (TV, Xəbər Saytları, Radio, Qəzet) və Vətəndaş Cəmiyyəti Təşkilatları arasında anket (məktub, mail və sosial media üzərindən) sorğusu aparılacaq. Anket sorğusunun əsas məqsədi dövlət qurumlarının Korporativ Etika Məcəlləsi çərçivəsində Sosial Məsuliyyət strategiyasının mahiyyətinə uyğun olaraq media və vətəndaş cəmiyyəti ilə necə işlədiyini müəyyən etməkdir. Nəticədə fəaliyyətsizliyi ilə(yüksək faizlə) seçilən, bu fəaliyyətsizliyin müvafiq media subyekləri və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri tərəfindən əsaslandırılmış faktları nəzərdən keçiriləcək, qurumların adları müvafiq iş üzrə sorğunun nəticəsi olaraq qeydiyyata alınacaq. Məqsəd dövlət qurumlarının Korporativ Sosial Məsuliyyət strategiyası ilə bağlı hansı işlər gördüyünü aydınlaşdırmaqdır.

Monitorinqin nəticələrinə uyğun media subyektləri və vətəndaş cəmiyyəti təşkilatları ilə işləməyən, Korporativ Sosial Məsuliyyət strategiyası olmayan, bu istiqamətdə siyasəti düzgün aparmadığı layihə çərçivəsində keçirilən sorğu, anket və monitorinqlərlə aşkarlanan dövlət qurumları ilə media patronlar, jurnalistlər, QHT nümayəndələrinin görüşlərinin keçirilməsi təşkil olunacaq, mövcud problemlər və həlli yolları axtarılacaq. Layihə çərçivəsində müvafiq sahə üzrə təlimlərin keçirilməsi də nəzərdə tutulub.

“Bu layihə dövlət qurumlarını məsuliyyətlərini daha ciddi dərk etməyə vadar edəcək. Bu gün istənilən inkişaf etməkdə olan ölkədə dövlətin əsas strategiyasını tənzimləyən, müxtəlif sahələr üzrə xidmət göstərən dövlət qurumları həm öz daxillərində, həm də xidmət sahələrində, yəni fəaliyyətlərinə uyğun Korporativ Sosial Məsuliyyətlərini dərk edib, konkret konsepsiya şəklində işlərini görsələr heç bir cəmiyyətdə fərdlər xırda, həll olunmayan problemə görə dövləti, höküməti günahlandırmaz”, – QHT sədri G.Gözəlova vurğulayıb.

www.yenicag.az

444
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv