!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Mövcud şəraitdə gənclərin çoxu evliliyə fərqli yanaşır, bu da...” - Psixoloqun ŞƏRHİ

!Reklam – Yazi

“Evlilik göstəriş və ya məcburiyyətdən irəli gəlirsə, bu cür evliliklərdə boşanma riski daha yüksəkdir”.

2020-ci ilin 11 ayında Azərbaycanda 13 439 boşanma halı qeydə alınıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədə boşanma sayının azaldığını göstərir. Belə ki, ötən ilin 11 ayı ərzində boşanmaların sayı 15 635 olub.

Psixoloq Fərqanə Mehmanqızı Yenicag.az-a açıqlamasında boşanma hallarının azalmasına təsir edən amillərə toxunub. Onun sözlərinə görə, boşanma hallarında azalmanın əsas səbəbi nikaha daxil olanların sayının aşağı olmasıdır:

“Əslində, boşanma hallarının statistikası hesablananda, evlilik müddəti də nəzərə alınmalıdır. Yəni tərəflərin yaş faktoru, evliliyin hansı müddəti əhatə etməsi və boşanma səbəbləri araşdırılmalıdır.

Bu gün insanların əksəriyyəti evliliyə məntiqlə yanaşır və ailə həyatı qurarkən istədikləri kriteriyada olan şəxsi seçirlər. Bu, boşanma hallarının azalmasına müsbət təsir edir.

Əgər evlilikdə məntiq yoxdursa, ailə həyatı quran tərəflər azyaşlıdırsa, evlilik göstəriş və ya məcburiyyətdən irəli gəlirsə, bu cür evliliklərdə boşanma riski daha yüksəkdir. Sevgi və məntiqin iştirakı ilə yetkin insanların evliliyi isə daha uzunömürlü olur.

Mövcud şəraitdə gənclərin çoxu evliliyə fərqli yanaşır. Gənclərimiz artıq sırf göstəriş və ya evdə qalmadığını sübut etmək üçün ailə həyatı qurmurlar. Gənc nəsilin evliliklə bağlı optimal düşüncələri boşanma hallarının azalmasına şərait yaradıb”.

Gülşən Şərif

www.yenicag.az

4442
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv