!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Mövcud şəraitdə Milli Məclis üzvlərinin sayının artırılacağı inandırıcı deyil” - Partiya sədri

!Reklam – Yazi

“Referendumun keçiriləcəyi və proporsional seçki sisteminin bərpa olunacağı haqda müzakirələr əsassız deyil”.

Bu fikirləri Azərbaycanda növbəti dəfə Konstitusiya referendumunun keçiriləcəyi haqda yenidən başlayan müzakirələri dəyərləndirən Azad Vətən Partiyasının (AVP) sədri Akif Nağı Yenicag.az-a açıqlamasında deyib.

Partiya sədrinin fikrincə, referendumun keçiriləcəyi haqda müzakirələri ciddiyə almaq olar:

“Bildiyiniz kimi, son dövrlərdə referendumun təşkil ediləcəyinə dair məlumatlar bir neçə dəfə gündəmə gəlib. Hətta deputat Zahid Oruc da majoritar və proporsional seçki sistemlərinin uzlaşdırılmasının vacibliyi ilə bağlı fikir səsləndirmişdi.

Hər halda, bu məsələnin onun dilindən səslənməsi hökumətin mövqeyi haqda da müəyyən təsəvvür yaradır. O baxımdan, yaxın zamanlarda referendumun keçiriləcəyi və proporsional seçki sisteminin bərpa olunacağı haqda müzakirələr əsassız deyil.

Ancaq mövcud şəraitdə Milli Məclis üzvlərinin sayının artırılacağı inandırıcı deyil. Müşahidələr də göstərir ki, bununla bağlı dəyişikliyin olacağını göstərən heç nə yoxdur. Düzdür, bununla əlaqədar müxtəlif partiyalar tərəfindən arzu bildirilir. Lakin hökumətdən bu fikirlərə müsbət yanaşıldığı hiss olunmur”.

A.Zeynalov

www.yenicag.az

431
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv