!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mövlud Çavuşoğlu Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etdi - YENİLƏNDİ

!Reklam – Yazi

Türkiyə parlamentinin NATO PA-dakı nümayəndə heyətinin rəhbəri, sabiq xarici işlər naziri Mövlud Çavuşoğlu Fəxri xiyabanı, Şəhidlər xiyabanını ziyarət edib.

Yenicag.az xəbər verir ki, onlar ilk öncə Fəxri xiyabana gələrək, Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, məzarı önünə əklil qoyub.

Sonra görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın xatirəsi ehtiramla yad edilib.

Daha sonra Türk Şəhidliyindəki məzarlar üzərinə tər qərənfillər düzülüb, şəhidlərin ruhuna dualar oxunub.

***

Mövlud Çavuşoğlu ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin NATO Parlament Assambleyasındakı Nümayəndə Heyətinin rəhbəri Mövlud Çavuşoğlu bu gün Fəxri xiyabana gələrək ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.

Yenicag.az xəbər verir ki, o, ulu öndər Heydər Əliyevin məzarı önünə əklil qoyub.

Daha sonra görkəmli oftalmoloq alim akademik Zərifə Əliyevanın xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Qeyd edək ki, səfər aprelin 5-də başa çatacaq./report

www.yenicag.az

120
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv