!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mövqelərimizin atəşə TUTULMASI: "Erməni tərəfi diqqəti yayındırmaq üçün..."

!Reklam – Yazi

“Erməni tərəfi məsələnin mahiyyətindən yayınmaq üçün yalançı gündəm yaradır”.

Bu sözləri Qarabağ ətrafında gedən prosesləri şərh edən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında deyib.

Elşad Musayev bildirib ki, erməni siyasəti olduğu kimi davam edir, heç nə dəyişməyib:

“Ermənilərin 44 günlük müharibədə uğradığı məğlubiyyət hələ onların yadından çıxmayıb. Onlar açıq gördülər ki, Azərbaycanla güc dilində danışa bilməzlər. Ona görə də ənənəvi siyasətlərinə keçdilər. Məsələni müxtəlif müstəvilərdə gərginləşdirməyə başladılar. Çalışırlar ki, problemi gündəmdə saxlasınlar. Hərbi baxımdan Azərbaycanla danışmaq gücləri yoxdur, ancaq diplomatik, masa ətrafında məsələni gündəmdə saxlamaq istəyirlər. Ona görə də müxtəlif üsullarından istifadə edirlər. Bu üsullardan biri kimi də erməni əsilli rusiyalı milyarder Ruben Vardanyan Xankəndiyə gəldi. Bu işin arxasında da Rusiyanın barmağı var. Bu, erməni fırıldağıdır. Görəcəksiniz, tülkü kimi qaçıb gedəcək oradan. Rusiya vətəndaşlığından çıxıbsa, bir hüquqi sənəd göstərsinlər, görək onu kim çıxarıb, necə çıxıb. Eyni zamanda, göstərmək istəyirlər ki, erməni milyarderlər gəlib Qarabağda vəsait qoyacaq və Azərbaycana qarşı müqavimət göstərəcəklər. Bunlar hamısı gündəm yaratmaq üçündür. Bunu istər Ermənistan, istərsə də Rusiya mediası tirajladı. Eyni zamanda, təəssüflər olsun ki, Azərbaycan mediası da həmişəki kimi tələyə düşdü. Azərbaycan mediası da bunu böyük bir hadisə olmuş kimi təqdim edir. Bu, yanlışdır.

Erməni tərəfi yenə atəşkəsi pozur. Bunlar hamısı gündəm yaratmaq üçündür. Azərbaycan şərtlərini diqtə etməyə çalışır. Erməni tərəfi də diqqəti yayındırmaq üçün yalançı gündəm yaradır. Ermənistan öhdəliklər götürüb, dəhliz açılmalıdır, erməni silahlıları rədd olub getməlidir. Ancaq erməni tərəfi öhdəliklərini yerinə yetirmək əvəzinə, saxta gündəm yaradır. Biz bu tələyə düşməməliyik”.

Səxavət Məmməd

www.yenicag.az

813
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv