!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Mövsümün son püşkü atıldı

!Reklam – Yazi

Bu gün Konfrans Liqasında növbəti püşkatma mərasimi baş tutub.

Yenicag.az xəbər verir ki, qitənin üçüncü dərəcəli klub turnirinin 1/4, 1/2 və final mərhələlərinin püşkü atılıb.

Mərasim İsveçrənin Nyon şəhərində təşkil olunub. Kubok yolunu davam etdirən 8 komanda dörd cütlüyü müəyyənləşdirib. Həmçinin yarımfinalın mümkün cütləri və finalın nominal meydan sahibi bəlli olub.

Qeyd edək ki, 1/4 final matçları aprelin 7-də və 14-də, yarımfinal aprelin 28-də və mayın 5-də, Albaniyanın paytaxtı Tiranada baş tutacaq final mayın 25-də keçiriləcək.

Konfrans Liqası
1/4 final

1. “Bodo Qlimt” (Norveç) – “Roma” (İtaliya)
2. “Feyenoord” (Niderland) – “Slaviya” (Çexiya)
3. “Marsel” (Fransa) – PAOK (Yunanıstan)
4. “Lester” (İngiltərə) – PSV (Niderland)

1/2 final
5. 4-cü cütün qalibi – 1-ci cütün qalibi
6. 2-ci cütün qalibi – 3-cü cütün qalibi

Final
7. 5-ci cütün qalibi – 6-cı cütün qalibi

www.yenicag.az

734
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv