!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

MSK 11 məntəqənin nəticələrini ləğv etdi - SON DƏQİQƏ!

!Reklam – Yazi

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 125 saylı Zəngilan-Qubadlı dairəsindən namizədlər Faiq Kərimov və Nazim Azadoğlunun müraciətinə baxılıb.

Yenicag.az xəbər verir ki, məsələ ilə bağlı MSK üzvü Tofiq Həsənov məlumat verib.

MSK üzvü bildirib ki, namizədlər müraciətlərində dairə üzrə seçkilərdə lider namizədin xeyrinə səslərin süni şəkildə artırılmasını qeyd ediblər:

“Araşdırma ilə bağlı şikayətçilərlə əlaqə saxlanılıb. Müraciətlə əlaqədar araşdırma aparılıb. Araşdırma ilə əlaqədar 11 məntəqədə səsvermənin nəticələri etibarsız sayılmalıdır”.

İclasda həmin dairənin 11 seçki (1, 10, 13, 32, 36, 37, 38, 39, 40, 55 və 59 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.

www.yenicag.az

1110
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv