MSK bu gün yenə toplanır

Bu gün Milli Məclisə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçiriləcək.

Yenicag.az xəbər verir ki, iclas saat 16:00-da başlayacaq.

İclasda 2020-ci ilin fevralın 9-da keçirilən parlament seçkiləri ilə əlaqədar daha bir neçə müraciətə və şikayətə baxılacaq.

Qeyd edək ki, MSK bu həftə Milli Məclisə keçirilən seçkilərin yoxlanılmasını və yekun vurulmasını təmin edəcək.