Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

MSK Rauf Arifoğlu ilə bağlı qərar verdi

Reklam: Sinerji Pro

Mərkəzi Seçki Komissiyasının saytında 35 saylı Xətai üçüncü seçki dairəsinin nəticəsi dərc edilib.

Yenicag.az xəbər verir ki, 33 məntəqənin hamısının cəminə əsasən, bu dairədən deputatlığa namizəd, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu 49,2 faiz səslə liderlik edir.

Qeyd edək ki, ötən gün seçki məntəqələri bağlandıqdan dərhal sonra Fransanın “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutunun keçirdiyi ekzit-pollun nəticələri açıqlanmış və Rauf Arifoğlunun bu dairədə 45,1 faiz səslə qalib gəldiyi elan edilmişdi.

Lakin Mərkəzi Seçki Komissiyası seçki bülletenlərinin 87 faizinin sayılmasından sonra açıqladığı ilkin nəticələrdə 7 dairə, o cümlədən 35 saylı Xətai seçki dairəsinin nəticəsini elan etməmişdi. MSK sədri Məzahir Pənahov bunu həmin seçki dairələrindən ciddi müraciətlərin olması və hazırda araşdırma aparılması ilə əlaqələndirmişdi.

Xatırladaq ki, Rauf Arifoğlunun əsas rəqibi “Ümid”partiyasının sədri İqbal Ağazadə olub.

www.yenicag.az

528
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100