!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“MTK komendantları “bulanıq suda balıq tuturlar” - Hüquqşünas Vüsalə Muradova

!Reklam – Yazi

Nəzərinizə çatdırım ki, yeni inşa edilən bina İstismar Qəbul Komissiyasına təhvil verilmədiyi halda orada yaşamaq qəti qadağandır. Buna qanun da yol vermir. İlk qanun pozuntusu buradan başlayır.

Qanun pozuntularının zəncirvari halqası olur. Əlbətdə bir qanun pozuntusu olan yerdə digərləri də qaçılmaz olur. Belə olan halda da yeni tikilən binalarda yaşayan bina sakinləri MTK-ların müəyyən etdiyi komendantların özbaşınalığı ilə qarşılaşırlar. MTK-ların “ev pulu”nu ödəməyən bir və ya iki bina sakininə görə digərlərini hər hansı bir kommunal xidmətdən məhrum etməyə ixtiyarı yoxdur. Bu cür qanunsuzluqlardan yeganə çıxış yolu bina sakinlərinin məhkəməyə müraciət etməsidir. Hər hansı bir yeni tikilən binada yaşayan ölkə vətəndaşı qanunsuz olaraq kommunal xidmətdən mərhum edilə bilməz. Binaları elektrik, qaz və su təchizatı ilə üçüncü tərəf olaraq MTK-lar deyil, başqa müəssisələr təmin edir. Heç bir halda hüquqi cəhətdən komendantların özbaşına bina sakinlərini şəxs və cəm halında ödənişini həyata keçirdiyi kommunal xidmətlərin istifadəsinə qadağa qoymağa səlahiyyəti çatmır.

Qanunda birmənalı olaraq yazılıb ki, tikilən binalar İstismar Qəbul Komissiyasına təhvil verilməlidir, sonra mənzillərə çıxarış alınmalıdır, 1 ay müddətində Mənzil Mükiyyətçiləri Müştərək Cəmiyyəti yaradılmalı (MMMC) və Ədliyyə Nazirliyindən qeydiyyatdan keçməlidir. Daha sonra yaradılan cəmiyyət binanın idarə etmə strukturunu, yığılan “ev pulu”nun miqdarını və qanunla müəyyən edilən digər məsələləri formalaşdırmalıdır.(Məsələn Bank hesabı açıb bütün ödənişləri rəsmi almalıdır və köçürməlidir). Bu proseslərin heç biri həyata keçirilmədiyi üçün vətəndaşlar hər addımbaşı qanun pozuntusu ilə üzləşirlər. Bir sözlə, MTK komendantları “bulanıq suda balıq tuturlar”.

Qaninvericilikdə kommunal xidmətlərin dayandırılmasına görə cərimələr nəzərdə tutulub?

İnzibati Xətalar Məcəlləsinin 279-cu maddəsinə görə, qaz, elektrik və ya istilik enerjisi xətlərini qanunsuz olaraq kəsmək, istehlakçıya yazılı bildiriş göndərmədən qazın, elektrik və ya istilik enerjisinin verilməsini dayandırmaq olmaz. Məhkəmə buna yol verən fiziki şəxsləri 200 manatdan 400 manatadək, vəzifəli şəxsləri 1000 manatdan 1500 manatadək, hüquqi şəxsləri isə 2500 manatdan 3500 manatadək cərimələyə bilər.

Mənzil “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanuna əsasən özəlləşdirilməsi nəzərdə tutulan dövlət və ya ictimai mənzil fonduna aid olduqda aşağıdakı sənədlər təqdim edilməlidir:

– ərizə;

– ərizə verən şəxsin şəxiyyətini təsdiq edən sənəd;

– mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi;

– mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma);- icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi (mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir);

– dövlət rüsumunun ödənilməsi barədə sənəd.

Qeyd: 2009-cu il 1 oktyabr tarixindən sonra orderlərin verilməsi qüvvədə olan mənzil qanunvericiliyinin tələblərinə zidd olduğu üçün həmin tarixdən sonra verilən orderlər qəbul edilmir.Təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir.

Dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı əsasında yerli icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər.
Vətəndaş saxta sənədlər, təqdim etdikdə, yaxud yaşadığı mənzil (ev) mübahisəli olduqda müvafiq icra hakimiyyəti orqanı mənzilin özəlləşdirilməsindən imtina edir. Belə hallarda vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir.

Vüsalə Muradova

Hüquqşünas

www.yenicag.az

613
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv