!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müasir dünyanı yönləndirən TEXNOLOGİYA: “Yaxşı kadr, həm də yaxşı nəticə deməkdir”

!Reklam – Yazi

“Ölkələrin və bizneslərin daim insan kapitalı uğrunda rəqabət içində olması inkişafı stimullaşdırır”.

Yenicag.az xəbər verir ki, bunu Bakıda təşkil olunan Deyv Ulrik ilə Dünya İnsan Resursları Sammiti 2024-də (WORLD HR SUMMIT 2024 with Dave Ulrich) çıxış edən “NEQSOL Holdinq Azərbaycan” ofisinin rəhbəri İmran Əhmədzadə deyib.

O, Bakının xüsusi əhəmiyyətli şəhərə çevrilməsi ilə yanaşı, beynəlxalq tədbirlərin mərkəzinə çevrildiyini vurğulayıb:

“Bu gün Bakıda beynəlxalq sammitlər keçirilir, xarici nümayəndələr şəhərimizi gəzir, eyni zamanda, əməkdaşlıq münasibətləri qurmağa çalışırlar.

Müasir dünyamızı idarə edən texnologiyalardır. Həmin texnologiyaları biz insanlar yaradırıq. Nə qədər təkmilləşmiş olsa da, işləmə prinsipi üçün insan faktoru yenə ön plandadır.

Ölkələr və bizneslər daim insan kapitalı uğrunda rəqabət içindədirlər. Bu isə özlüyündə inkişafı stimullaşdırır. Çünki yaxşı kadr, həm də yaxşı nəticə deməkdir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

305
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv