!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mübahisə edib, qadının evinə qumbara atdı

!Reklam – Yazi

Dekabrın 12-də Quba şəhər sakini olan bir qadının evinə qumbara atılması və həmin şəxsin “Toyota” markalı avtomobillə oradan uzaqlaşması barədə polisə məlumat daxil olub.

Yenicag.az xəbər verir ki, Quba rayon sakini  N.Məmmədova  DİN-in “102” Xidməti Zəng Mərkəzinə məlumat verərək bildirib ki, tanışı  Orxan adlı şəxs onun yaşadığı ünvana gəlib və aralarında yaranmış mübahisə zamanı  təlim üçün nəzərdə tutulmuş partlayıcı xüsusiyyətləri olmayan qumbaranı qorxutmaq məqsədi ilə  onun evinə ataraq həmin yerdən uzaqlaşıb.

Heç bir partlayış hadisəsi baş verməyib. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Abşeron rayon sakini  Orxan Ağalı  saxlanılıb.

Hazırda faktla bağlı  Quba RPŞ-nin Təhqiqat bölməsində araşdırma aparılır.

www.yenicag.az

301
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv