!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mübarək və Mursi ilk dəfə məhkəmədə üz-üzə gəldi - VİDEO

!Reklam – Yazi

Misirin devrilmiş prezidenti Hüsnü Mübarək, ölkənin demokratik yolla seçilmiş ilk prezidenti Məhəmməd Mursinin ittiham olunduğu “Həbsxanalar basqını” adlı məhkəmə prosesinə şahid kimi qatılıb.

Yenicag.az xəbər verir ki, iki lider ilk dəfə məhkəmə salonunda üz-üzə gəlib.

Mübarək məhkəmə salonuna oğlanları Ala və Camal ilə birlikdə daxil olub.

Bu sırada isə, çevrilişlə həbsə atılan Mursi bütün başverənləri dəmir barmaqlıqlar arxasından izləyib.

Qeyd edək ki, “Həbsxanalar basqını” məhkəmə prosesinin ilk qərarı ilə Mursiyə edam cəzası verilib. Lakin sonradan qərar dəyişdirilərək, məhkəmənin yenidən dəyərləndirilməsi üçün proses uzadılıb.

Mursi ilə bərabər, Müsəlman Qardaşları Təşkilatının başçısı Məhəmməd Bədii və digər 27 təşkilat üzvü də məhkəmə prosesinə cəlb olunub.

www.yenicag.az

9651
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv