Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Mübariz Mənsimov 20 min verirdi, Cahangir Əsgərov qəpik-quruş... - Açıqlama

Reklam: High Technic

Bir vaxtlar “Xəzər Lənkəran”da “top oynadan” Sadio Tounkara AZAL-la az maaş qarşılığında anlaşıb. İddialara görə, vaxtı ilə ən ödənişli futbolçulardan hesab olunan malili futbolçu AZAL-da ayda 700 manat alır. Halbuki, o, vaxtı ilə cənub klubundan ay ərzində 20 min dollara yaxın maaş alırdı.

Doğrudan da Tounkaranın Mübariz Mənsimovun rəhbəri olduğu klubdan aldığı maaş bu qədər idi?
Sualımızı “Xəzər Lənkəran”ın mətbuat katibi Hüseyn Cəbrayıloğluna ünvanladıq. Fəaliyyətini dayandırmış klubun rəsmisi Yeniçağ.az -a məbləğ açıqlamasa da bəzi məqamları etirad etdi:

“Tounkaranın “Xəzər Lənkəran”dan nə qədər aldığını açıqlaya bilmərəm. Bu, doğru olmaz. Amma onu deyim ki, bizim klubdan aldığı maaş AZAL-dakından xeyli artıq olub”.

Qeyd edək ki, Cahangir Əsgərovun rəhbəri olduğu AZAL klubu ciddi maliyyə problemi yaşayır. Hazırda “təyyarəçilər” turnir cədvəlinin sonuncu pilləsində yer alıb.

Aygün İlqarqızı

Yeniçağ.az

www.yenicag.az

237