Mübariz Məsimov: “Hər cür çevrilişə qarşıyam”

Mübariz Mənsimov: ”Bu gün Azərbaycan elə gücdədir ki, Qarabağ məsələsini öz gücü ilə həll edə bilər”

Yenicag.az xəbər verir ki, Palmali Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimov Türkiyədə 15 iyul və Alxanlı hadisələri ilə bağlı Doğan Xəbər Agentliyinin müxbiri Ali Kana öz fikirlərini bölüşüb. İş adamı 15 İyulun demokratiya və milli birlik günü olduğunu ifadə edərək,çevrilişin yaşandığı ilk dəqiqələrdə Azərbaycan xalqının ürəyi və qardaşlığı ilə Türk millətinin yanında olduğunu qeyd edib.

Hər çür çevrilişə qarşı olduğunu qeyd edən Mübariz Mənsimov, Türkiyə prezidentinin yanında olduqlarını söyləyib: “Qardaş ölkənin iş adamları olaraq, hər zaman Türkiyə prezidentinin və Türk qardaşlarımızın yanında olduq. Bundan sonra yanında olacağıq. Türkiyə iqtisadiyyatının böyük bir sıçrayışla böyüyür. Bu, iqtisadiyyatı çökdürmək istəyən xarici qüvvələr heç bir zaman uğurlu olmayacaqlar”. Mənsimov Türkiyə-Azərbaycan münasibətlərinə də toxunub. “Azərbaycanın mərhum prezidenti, Heydər Əliyevin Türkiyə və Azərbaycan arasındakı dostluğu çox dəyərli dillə ifadə etdiyini xatırladıb. Böyük dövlət xadimi ulu öndər Heydər Əliyev, Biz Oğuz boyundan gələn bir “millətin,iki dövlətiyik” sözü tarixə öz möhürünü vurub. Heydər Əliyevin hakimiyyəti dövründə olduqca böyük inkişaf baş verdi. Hazırda prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan çox məsafə qət edib və bunun nəticəsində ölkə modern,inkişaf etmiş hala gəlib. Eyni prosesi Türkiyədə də görürük. Son 15 ildə Türkiyə iqtisadiyyatı hansı səviyyəyə gəlib. Bu gün Türkiyə dünya arenasında öz yerini tutub. Bundan qürurlanmamaq olmaz”.

Mübariz Mənsimov Dağlıq Qarabağ məsələsində Azərbaycanın öz imkanları daxilində həll etmək gücünə malik olduduna toxunub. “Bu gün Azərbaycan regionda güclü oyunçudur. Dövlətçiliyi sağlam təməllər üzərindədir. Hazırda Azərbaycan elə gücdədir ki, Qarabağ məsələsini öz gücü ilə həll edə bilər. Vaxtı gəldikdə onu da həll edəcək”.

İş adamı 4 iyulda Füzulinin Alxanlı kəndində Ermənistan ordusunun atdığı mərmi nəticəsində həyatlarını itirən 2 yaşlı Zəhra Quliyeva və onun nənəsi Sahibə Quliyeva məsələsində dünyanın səssiz qaldığını söyləyib. “Bu, Ermənistan üçün bu normal hadisədir. Ermənistan 25 il öncə Xocalıda 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib. Təəssüf ki, hadisənin üstündən 25 il keçsə də, bunu həyata keçirənlər cəzalanmadı”,-deyə iş adamı əlavə edib. (Türkistan.info)

Yenicag.az

COP29