!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müdafiə nazirinin DƏYİŞDİRİLMƏSİ: “Yeni fiqurun kimliyindən asılı olmayaraq...”

!Reklam – Yazi

“Umerovun ABŞ-da təhsil alması və Qərb koalisiyası tərəfindən dəstəklənməsi də bu seçimdə mühüm rol oynayıb”.

Bu fikirləri Ukrayna hakimiyyətinin müharibənin gedişində müdafiə nazirini əvəzləmək qərarını şərh edən ehtiyatda olan polkovnik Şair Ramaldanov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, müdafiə naziri postunda Aleksey Reznikovu Qərbin dəstəklədiyi Rüstəm Umerovla əvəzləməsi niyyəti bu planın haradan və nədən qaynaqlanması barədə təəssürat yaradır:

“Bildiyiniz kimi, son həftələrdə Ukraynanın ali hərbi komandanlığı ilə NATO təlimatçıları arasında əks-hücum kampaniyasının aparılması ilə bağlı ciddi ziddiyyətlər mövcuddur. Yəni NATO komandanlığı əsas qüvvələrin bir istiqamətdə cəmlənməsini tövsiyə etdiyi halda, Ukrayna generaliteti cəbhənin bütün istiqamətlərində müdafiənin qurulmasının vacibliyi qənaətindədir.

Həqiqətən də, Rusiyanın o ərazilərdə çox sayda canlı qüvvə yerləşdirdiyini və hücuma hazır olduğunu nəzərə alsaq, Ukrayna komandanlığının bu yanaşmasının obyektiv olduğunu görərik. O baxımdan, müdafiə nazirinin dəyişdirilməsi niyyəti bu vəziyyətdən irəli gələ bilər.

İndiki halda çoxları diqqəti Rüstəm Umerovun peşəkar hərbçi olmamasına yönəltməyə çalışır. Ancaq Ukraynada döyüşlər NATO komandanlığı tərəfindən idarə olunduğu üçün müdafiə nazirinin mülki şəxs olması problem yaratmamalıdır. Eyni zamanda, Umerovun ABŞ-da təhsil alması və Qərb koalisiyası tərəfindən dəstəklənməsi də bu seçimdə mühüm rol oynayıb.

Bununla yanaşı, qeyd etməliyik ki, yuxarıda deyilənlərə baxmayaraq, müdafiə naziri spesifik vəzifədir və o posta mülki şəxsin gətirilməsi bəzi çətinliklər yarada bilər. Ona görə də bu təyinatın nə dərəcədə uyğun olub-olmadığını zaman göstərəcək”.

A.Zeynalov

www.yenicag.az

324
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv