!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müdafiə nazirinin GƏLİR BƏYANNAMƏSİ: Paytaxtda mənzil, 2 avtomobil, 4,6 milyon pul və...

!Reklam – Yazi

Ukraynanın müdafiə naziri 2021 və 2022-ci illər üçün gəlir bəyannaməsini açıqlayıb.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, Ukraynanın müdafiə naziri Rustem Umerov öz gəlirlərini və malik olduğu əmlakı ictimailəşdirib.

Məlumata görə, nazirin gəlirləri 2021-ci ildə 3,5 milyon qriven (təqribən 95 min ABŞ dolları), 2022-ci ildə isə 4 milyon 560 min qriven (təqribən 123 min 900 dollar) təşkil edib.

Bəyannaməyə əsasən, Umerov Kiyevdə bir mənzildə qeydiyyatda olsa da, şəhərdə başqa bir mənzil kirayələyib. Nazirin anasının da Baxçasaray şəhərində (Krım) mənzili var. Umerovun xanımı isə ABŞ-də mənzil kirayələyib.

Bundan başqa, Umerov 2014-cü il istehsalı “Hyundai Elantra” və 2016-cı il istehsalı olan “Ford Explorer” avtomobillərinin olduğunu da bəyan edib.

www.yenicag.az

222
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv