!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müdafiə nazirinin müavini təyin edilən şəxs kimdir? – DOSYE

!Reklam – Yazi

Azərbaycan Müdafiə Nazirliyində yeni təyinat olub. 

Müdafiə Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, Prezident İlham Əliyevin sərəncamı ilə Qurbanov Aqil Səlim oğlu müdafiə nazirinin müavini vəzifəsinə təyin olunub.

Qurbanov Aqil Səlim oğlu 15 avqust 1986-cı ildə Bakı şəhərində anadan olub.

2004-2008-ci illərdə Prezident Yanında Dövlət İdarəçilik Akademiyasında bakalavr  təhsili alıb.

2012-2014-cü illərdə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində magistr təhsili alıb.

2015-2019-cu illərdə “PAŞA Holding” MMC-də investisiyalar üzrə direktor olub. Daha sonra “Sumqayıt Texnologiyalar Parkı”nın Müşahidə Şurasının sədri vəzifəsində çalışıb.

Ailəlidir. İki övladı var.

www.yenicag.az

2319
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv