Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Müdafiə Nazirliyi: Qarşı tərəfin müdafiə və hücumdan anlayışı yoxdur

Ermənistan müdafiə naziri David Tonayan ölkənin icimai televiziyası vasitəsilə çıxış edərək Ermənistanın öz hərbi strategiyasını müdafiədən hücuma dəyişdiyini bildirib.

Azərbaycan Müdafiə Nazirliyindən Yenicag.az-a bildiriblər ki, D.Tonoyan mülki şəxsdir və hərbi strategiyanın, daha dəqiq desək müdafiə və hücumun nədən ibarət olduğundan tam anlayışı yoxdur.

2016-cı ilin aprel döyüşləri o, müdafiə nazirinin müavini olduğu vaxtda, həmçinin Günnüt əməliyyatı zamanı artıq müdafiə naziri olarkən “hücuma keçmək” istəyən erməni ordusunun döyüş meydanından necə qaçdığının şahidi olmuşuq.

Onun hərbi sahədə diletant olduğunu nəzərə alaraq qeyd edə bilərik ki, bu populist fikirlər yalnız daxili auditoriya üçün nəzərdə tutulub və hərbi baxımdan heç bir əhəmiyyət kəsb etmir.

Azərbaycan Ordusunun bütün istiqamətlərdə erməni ordusundan üstün olduğunu və imkanlarının müqayisəedilməz olduğunu Tonayan özü etiraf edib. Yaxın gələcəkdə Ermənistan ordusunun Azərbaycan ordusunu nəinki ötüb-keçmək, hətta Ordumuzla heç bir sahədə müqayisə olunmaq perspektivi belə yoxdur.

www.yenicag.az

193
SFERA
VETENINFO
AZNEWS
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM