!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müdafiə Nazirliyində PİRAMİDAL “NÖVBƏ”: “Cinayətlərlə bağlı mediada yüzlərlə material dərc olunsa da..” – ŞƏRH

!Reklam – Yazi

“Nazirlikdə şəffaflığın təmin olnması ilə oradakı cinayət faktları bir-birinin ardınca üzə çıxarılır”.

Bu fikirləri Müdafiə Nazirliyində aşkar edilən maliyyə yeyintilərinə görə aparılan həbslərin mümkün davamlılığını şərh edən Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, Müdafiə Nazirliyində artıq şəffaflığın təmin olnması orada baş vermiş cinayət faktlarının bir-bir çıxarılmasına imkan yaradır:

“Müdafiə Nazirliyi uzun müddət dövlət nəzarətindən kənarda qalıb və orada əsasən, Rusiyanın təmsilçiləri at oynadıblar. Ona görə də, Azərbaycan dövlətinin Milli orduya nəzarət etmək imkanı xeyli məhdudlaşmışdı.

Ümumiyyətlə, müdafiə nazirlərinin, Baş Qərargah rəisinin cinayətləri ilə bağlı mediada yüzlərlə material dərc olunsa da, çox təəssüf ki, fikrimcə, Azərbaycan hökumətinin bu halların qarşısını almağa gücü çatmırdı.

Son vaxtlarda müşahidə etdiyimiz bu kimi addımlar isə Azərbaycanın Rusiyanın təsirindən müəyyən qədər azad olması ilə bağlıdır. Baş Qərargah rəisi dəyişdirilib və Azərbaycan dövləti artıq Orduya nəzarəti ələ alır. Müdafiə Nazirliyində aparılan korrupsiyaya qarşı mübarizə də bunun bir əlamətidir.

Bunun ikinci səbəbi isə Azərbaycan ordusunun artıq Türkiyə modeli əsasında yenidən təşkilatlandırılmasıdır. Bildiyiniz kimi, bu prosesə Türkiyədən də bir neçə general da qatılıb və onlar Azərbaycan ordusunun yenidən qurulmasında iştirak edirlər.

Təbii ki, onların da diqqətini cəlb edən birinci məsələ Azərbaycan ordusuna ayrılan dövlət vəsaitlərinin mənimsənilməsi halları olmalıdır. Onlar da görürlər ki, dövlət büdcəsindən Orduya nəhəng vəsaitlər ayrılmasına baxmayaraq, vəziyyət acınacaqlıdır.

O baxımdan, bu iki faktor – Ordunun yenidən qurulması, həmçinin Türkiyə generallarının bu prosesdə iştirakı Müdafiə Nazirliyindəki o tilsimi qırıb. Nazirlikdə şəffaflığın təmin olnması ilə oradakı cinayət faktları bir-birinin ardınca üzə çıxarılır.

Bildiyiniz kimi, Müdafiə Nazirliyindəki maliyyə yeyintiləri ilə əlaqədar çox aşağı rütbəli şəxslər – mühasiblər və sair – tutuldu. İndi isə artıq Müdafiə Nazirliyi maliyyə şöbəsinin rəisi həbs edilib. Növbəti addım isə Zakir Həsənovun həbs olunmasıdır”.

A.Zeynalov

www.yenicag.az

1624
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv