Müdafiə Nazirliyindən işğaldan azad edilmiş ərazilərimizdəki işlərlə bağlı AÇIQLAMA – VİDEO

Azad edilmiş ərazilərimizdə bölmələrimizin hərtərəfli mühəndis təminatı üzrə tədbirlər görülür.

Bu barədə Yenicag.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Mühəndis Qoşunlarının bölmələri avtomobil və döyüş texnikasının kalonlarının təhlükəsiz hərəkəti üçün yolları bərpa edir və minalardan təmizləyir. Yaşayış məntəqələri və bölmələrimizin yerləşdiyi mövqelər istiqamətində yeni yolların çəkilməsi üzrə fəaliyyətlər icra olunur. Eyni zamanda əkin sahələri də minalardan təmizlənərək orada ilk əkin işlərinə başlanılıb.

Bundan əlavə partlamamış mərmilərin, minaların aşkar olunması və zərərsizləşdirilməsi üzrə tədbirlər davam etdirilir.