Müdafiə Nazirliyindən qazilər və müharibə iştirakçılarının etirazına REAKSİYA

Müharibədə iştirak edib ancaq medalla təltif olunmadıqları iddiası ilə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi qarşısında toplaşan bir qrup vətəndaş tərəfimizdən qəbul edilib.

Bu barədə Yenicag.az-a Müdafiə Nazirliyindən bildirilib.

Görüş zamanı qeyd edilib ki, hərbi qulluqçuların müvafiq medallarla təltif olunmaları onların keçdikləri döyüş yolu və müharibədə bilavasitə iştirakı amilinin araşdırılması yolu ilə həyata keçirilib.

Görüşdə vətəndaşlar dinlənilib və müraciətləri ilə bağlı ərizələr alınaraq məsələnin araşdırılması məqsədilə hərbi hissələrə müvafiq tapşırıqlar verilib.

Qeydə edək ki, qazilər və müharibə iştirakçıları Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin qarşısına toplaşaraq medal və ordenlərin verilməsindəki ədalətsizliyinə etiraz etmişdilər.