Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Müharibə iştirakçıları MÜDAFİƏ NAZİRLİYİNİN qarşısında - "Savaşa qatılmayanlar medal aldı..." - ETİRAZ / VİDEO 

Qazilər və müharibə iştirakçıları Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin qarşısına toplaşıb, medal və orden haqsızlığına, ədalətsizliyinə etiraz edir.

Bu barədə Yenicag.az-a Vətən müharibəsi iştirakçıları məlumat verib.

Vətən müharibəsi iştirakçıları orden və medalların verilməsində haqsızlıq olunduğunu deyib. Bildirilib ki, müharibədə iştirak etməyənlər belə medal alıb, ancaq döyüşlərdə iştirak edənlərə heç nə verilməyib.

Qeyd edək ki, etiraz edən müharibə iştirakçılarını Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsində qəbul edib, onlara ərizələr yazdırıblar. Ancaq müharibə iştirakçıları hər dəfə bu şəkildə yola verildiklərini deyərək, səslərinin eşidilməsini istəyirlər.

İdarənin qarşsına təxminən 30-dan çox müharibə iştirakçıları toplaşıb.

Qeyd edək ki, prezident İlham Əliyevin iyunun 24-də imzaladığı sərəncamlarla 11 365 nəfər “Füzulinin azad olunmasına görə”, 11 831 nəfər “Xocavəndin azad olunmasına görə”, 3 435 nəfər “Zəngilanın azad olunmasına görə”, 10 211 nəfər “Cəbrayılın azad olunmasına görə”, 5 867 nəfər “Qubadlının azad olunmasına görə”, 5 784 nəfər “Şuşanın azad olunmasına görə”, 3 522 nəfər “Ağdamın azad olunmasına görə”, 4 225 nəfər “Kəlbəcərin azad olunmasına görə”, 2 643 nəfər “Laçının azad olunmasına görə”, 10 647 nəfər “Suqovuşanın azad olunmasına görə”, 731 nəfər “Vətən uğrunda”, 616 nəfər “İgidliyə görə”, 2 893 nəfər “Cəsur döyüşçü”, 786 nəfər “Döyüşdə fərqlənməyə görə”, 1 743 isə “Hərbi xidmətlərə görə” medalları ilə təltif ediliblər.
Prezidentin digər Sərəncamı ilə 2 nəfər “Qarabağ”, 28 hərbiçi “Azərbaycan Bayrağı”, 13 nəfər 3-cü dərəcəli “Rəşadət”, 7 nəfər isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif olunublar.

Ümumilikdə təltif olunanların sayı 76 349 nəfərdir.

www.yenicag.az

1592
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100