Müdafiə olunan Baxmutda əks-hücum əməliyyatları: “Düşmən ağır itkilər versə də, hələ ki…” – Ukraynalı general
“Rusiya ordusu şəhəri mühasirəyə almaq üçün əlindəki bütün vasitələrdən istifadə edir”.
Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, bu fikirləri Baxmut uğrunda gedən döyüşlər haqda danışan Ukrayna ordusu Şərq qruplaşmasının komandanı general-polkovnik Aleksandr Sırski deyib.
Generalın sözlərinə görə, Rusiya ordusunun Baxmuta bir neçə istiqamətdən davam etdirdiyi hücum uğursuzluqla nəticələnib:
“Düşmənim hücum cəhdləri uğursuzluqla nəticələnsə də, Rusiya ordusu şəhəri mühasirəyə almaq üçün əlindəki bütün vasitələrdən istifadə edir.
Bizim qüvvələrimiz Baxmutda yalnız müdafiə döyüşləri aparmırlar, onlar həm də aktiv əks-hücum əməliyyatları həyata keçirirlər.
Məhz bu taktika bizə artıq neçə aydır ki, düşmənin hücumlarını dayandırmağa və cəbhənin genişlənməsinin qarşısını almağa imkan verir”.